Hadisə yerinə gələn bir nəfər xilasetmə qrupuna hücum çəkdi
Kocaelinin İzmit qəsəbəsində qapağı açıq bir kanalizasiya quyusuna düşən atı qurtarmaq üçün işə başlayan xilasetmə qrupları, "at elə qurtarılmaz” deyən bir şəxsin hücumuna məruz qalıb.
Məlumata görə, at qapağı açıq kanalizasiyaya quyusuna düşüb. Atın kanalizasiyaya düşdüyünü görən vətəndaşlar xilasetmə qruplarından kömək istəyib. Çarəsiz halda qurtarılmasını gözləyən atın yanından ayrılmayan vətəndaşlar, atın başını tumarlayaraq onu sakitləşdirməyə çalışıb.
Hadisə yerinə gələn xilasetmə qrupları atı qurtarmaq üçün işə başlayıb. Bu zamn hadisə yerinə gələn bir şəxs "at elə qurtarılmaz” deyərək xilasetmə qruplarına yumruqla hücum edib. Davadan sonra hadisə yerinə gələn iş maşının köməyi ilə kanalizasiya quyusunun ətrafı qazılıb.
Daha sonra xilasetmə qrupların tərəfindən ehtiyatla, ata zərər vermədən quyunun ətrafı sökülüb. Uzun sürən cəhdlərdən sonra at xilas edilib. Hadisə yerinə çağırılan baytar ata ilk tibbi yardım göstərib. Heyvan daha sonra sahiblərinə təslim edilib.