Avtovağzalın qarşısındakı sürüşmə genişlənir
11:19 08.10.2015
Arxiv
659
"Vağzalın köçürülməsi söhbəti yoxdur"
Ötən gün Bakı Beynəlxalq Avtovağzal ərazisində baş verən sürüşmə nəticəsində yaranmış çatlarda genişlənmə müşahidə olunub.
Bu barədə Lent.az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.
Ə.Piriyevin sözlərinə görə, dünəndən bəri çatların uzunluğu da artıb: "Təxminən 20 -30 metr uzunluğunda olan çatlar 40-50 sm enindədir. Hazırda sürüşmədəki aktivləşmə və çatların dinamikası müəyyənləşdirilir. Çatlarda getdikcə artma hiss olunur”.
Divarlardan aşağı su axdığını deyən Ə.Piriyev bildirib ki, tədqiqat işləri aparıldıqdan sonra ilk olaraq bu su mənbəyinin haradan gəldiyi tapılmalıdır: " Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət edən qurumu səbəbləri müəyyənləşdirib deyəcək”.
Baş verən hadisə ilə bağlı vağzalın köçürülmə ehtimalına da toxunan Ə. Piriyev bildirib ki, belə bir şey nəzərdə tutulmur: " Vağzalda heç bir təhlükə yoxdur. Sadəcə istinad divarlarında əyilmə var. Vağzal monolit bünövrə üzərində qurulmuş bir binadır. Köçürülmə söhbəti yoxdur”.
Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.
Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya