Avtoyumanın işçisi müştərinin maşını ilə adam vurub avtomobili atıb qaçdı
14:00 04.07.2017
Arxiv
781
DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 3-də gecə saat 1 radələrində Nərimanov Rayon Polis İdarəsinə paytaxt sakini Vahid Əhmədovun avtomobillə vurularaq xəsarət alması barədə yerləşdirildiyi xəstəxanadan məlumat daxil olub.
Dərhal araşdırmalara başlayan əməliyyat qrupu xəstəxanaya yollanıb. Yaralının vəziyyəti ağır olduğundan ondan heç bir məlumat almaq mümkün olmayıb.
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edən polis əməkdaşları yol-nəqliyyat hadisəsinin F.Xoyski küçəsində "VAZ-2106" markalı avtomobillə törədilməsini müəyyən ediblər. Nərimanov RPİ-nin Cinayət-axtarışı şöbəsi və 18-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa vaxtda həmin avtomobilin sahibi - Bakı şəhər sakini Seymur Nəcəfov müəyyən edilərək polis idarəsinə dəvət edilib.
Öz ifadəsində o, sahibi olduğu maşını bir qədər əvvəl yumaq üçün avtoyuma məntəqəsində işləyən Valeh adlı şəxsə etibar etdiyini bildirib.
Görülmüş tədbirlərlə həmin şəxsin ünvanı dəqiqləşdirilib və o, saxlanılaraq şübhəli şəxs qismində polis idarəsinə gətirilib. Onun Bakı şəhər sakini Valeh Rəhmanov olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə həmin maşını idarə etdiyi zaman yol-nəqliyyat hadisəsini törətməsi və hadisə yerindən uzaqlaşması, maşını isə Nəsimi rayonu ərazisində sahibsiz vəziyyətdə ataraq qaçdığı aşkar edilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya