Az öncə açıqlandı: Apaçiler döyüşə girir




ABŞ-ın liderliyi ilə beynəlxalq koalisiya, İraqdakı terror təşkilatı DAEŞ ilə mübarizədə Apaçi vertolyotlarından da istifadə ediləcəyini bildirib.

Koalisiya spikeri polkovnik Steve Varren, ABŞ-ın Bağdad səfirliyində təşkil etdiyi mətbuat konfransında, İraq hökumətinin, DAEŞ ilə mübarizədə Apaçi vertolyotlarının istifadə edilməsini təsdiqlədiyini ifadə edərək, vertolyotların hər an döyüşə daxil edilə biləcəyini ifadə edib.

Koalisiya güclərinin diyardakı DAEŞ hədəflərinə 31 hava hücumu təşkil etdiyini və 60 nəfərin öldürüldüyünü açıqlayan Varren, DAEŞ üzvlərinin təmizlənməsi üçün "Çöl Vaşaqı" adlı əməliyyat başladıldığını qeyd edib.