“Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcək”

Obama Azərbaycan prezidentinə məktub yazıb




ABŞ prezidenti Barak Obama 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının iştirakçılarına təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab prezident, Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram.

Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcək. "Cənub” qaz dəhlizinin reallaşdırılması Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edəcək. Amerika Birləşmiş Ştatları sözügedən layihənin həyata keçirilməsini Avropanın qaz təchizatının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir və bu işə kömək etməyə hazırdır. Ölkənizin enerji təchizatçısı kimi rolu iqtisadiyyatın şaxələndirilməsinə və qanunun aliliyinin gücləndirilməsinə imkan verəcək və Azərbaycan xalqının rifahını yaxşılaşdıracaq. Birləşmiş Ştatlar həmin məqsədlər istiqamətində davamlı əməkdaşlığımıza yüksək dəyər verir”.