A.Həsrət bildirib ki, Azərbaycan daha bir peyklə kosmosda təmsil olunmaqla öz təhlükəsizliyini möhkəmləndirdi:
"Azərbaycan “Azerspace-2” peyki ilə öz təhlükəsizliyini möhkəmləndirdi"
09:22 28.09.2018
Arxiv
763
"Azərbaycanın daha bir peykinin orbitə buraxılması çox böyük tarixi hadisədir”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Ekspertin sözlərinə görə, ölkəmiz dünya kosmos ölkələri sırasında yer almaqla, əslində öz qüdrətini sübut etmişdi. Amma belə qısa müddət ərzində 3-cü peyki orbitə göndərməklə bunun təsadüfi olmadığını göstərdi:
"Əlbəttə, 3-cü peyk bizi istəməyənləri, ilk növbədə erməniləri və onlarla bərabər "azərbaycanlı” olub Azərbaycana düşmən kəsilənləri narahat edir. Ona görə də bəzi ünsürlər böyük hadisəni gözdən salmağa çalışırlar. Amma bir şeyi unudurlar ki, artıq onların dövrü keçib”.
A.Həsrət bildirib ki, Azərbaycan daha bir peyklə kosmosda təmsil olunmaqla öz təhlükəsizliyini möhkəmləndirdi: "Eyni zamanda o seqmentdə xidmətlərin təqdim edilməsində əlavə imkanlar qazandı. Bir Azərbaycan vətəndaşı olaraq ölkəmlə qürur duyuram”.
Qeyd edək ki, Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb. "Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq