Azərbaycan çempionu tarix yazdı
01:12 30.11.2017
Arxiv
779
Kişi voleybolçular arasında "Challenge Cup” turnirinin II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu "Lokomotiv” ikinci matçında Kiprin "Apoel” klubunun qonağı olub.
Fərid Cəlalovun rəhbərlik etdiyi komanda ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşü gözlənildiyi kimi çətin keçib.
Matça təmsilçimiz üstün başlayıb və ilk setdə qələbə qazanıb. Ancaq sonradan toparlanan meydan sahibləri ardıcıl iki hissəni qələbə ilə başa vurublar. Vəziyyətin dəyişdiyini başa düşən komandamızın baş məşqçisi Fərid Cəlalov taktiki gediş edib.
Belə ki, 4-cü seti rəqibə "hədiyyə” edən mütəxəssis əsas oyunçularını həlledici – "qızıl set” üçün saxlayıb. Qarşılaşmanın əsas hissəsi "Apoel”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qızıl set”də isə Cəlalovun taktikası özünü doğruldub. 15:11 hesablı qələbə qazanan "dəmiryolçular” ilk dəfə qatıldıqları "Challenge Cup”da 1/16 final mərhələsinə yüksələrək tarix yazıblar.
29 noyabr
"Challenge Cup”
II təsnifat mərhələsi, cavab oyunu
"Apoel” (Kipr) - "Lokomotiv” (Azərbaycan) - 3:1 (19:25, 25:22, 25:11, 25:15)
Qızıl set: 11:15
İlk oyun: "Lokomotiv” (Azərbaycan) – "Apoel” (Kipr) - 3:0 (25:20, 25:21, 25:19)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya