"Azərbaycan Dəmir Yolları öz maliyyə yükünü vətəndaşın üzərinə qoyur"
13:46 05.07.2017
Arxiv
811
"Azərbaycan Dəmir Yolları (ADY) tez-tez ziyanla işlədiyini bildirən, amma dövlətdən dotasiya alan, böyük kredit borcları olan dövlət qurumlarından biridir”.
Bunu Sherg.az-a ölkədaxili sərnişin və sürət qatarlarında gediş haqqının artırılmasının səbəblərini izah edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O diqqətə çatdırıb ki, son zamanlar qurumun xarici borcların qaytarılması ilə bağlı problemlər yaşaması ilə bağlı ciddi məlumatlar yayıldı:
"Xarici borcların geri qaytarılmasına dair gecikdirmələr baş verib. Belə ki, ödəniş may ayında edilməli olduğu halda ADY bunu edə bilməyib. Çox güman ki, qiymət artımının səbəblərindən biri də əlavə vəsait əldə edərək ölkə daxilində və xaricdə yaranmış borclarla bağlı problemin həllində müəyyən maliyyə vəsaiti əldə etməkdir. Bunun iqtisadi əsasının olduğunu düşünmürəm. Çünki nə elektrik tariflərində, nə də sərnişindaşımanın maya dəyərini təşkil edən başqa sahələrdə nəzərəçarpan artım olub ki, ciddi gedişhaqqı artımına səbəb olsun. Ona görə, düşünürəm ki, ADY-nin qiyməti artırmasının səbəbi öz maliyyə yükünün bir hissəsini vətəndaşın çiyninə qoymaqla həll etməyə çalışmasıdır”.
Qeyd edək ki, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək. Bu isə hazırkı qiymətlərin 20% artırılması deməkdir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya