“Azərbaycan gənci və əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq”
11:28 09.02.2017
Arxiv
593
"Keçən il dekabrın 29-da Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz Qurbanov böyük qəhrəmanlıq, igidlik göstərib”.
APA-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib.
Dövlət başçısı bildirib ki, Ç. Qurbanov düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib: "Təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalsa da, geri çəkilmədi, qorxmadı. Çingiz Qurbanov son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib, şəhidlik zirvəsinə ucalıb. Biz Çingiz Qurbanovla fəxr edirik. Bütün Azərbaycan Çingiz Qurbanovla fəxr edir. Bu, bir daha göstərir ki, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgəri var. Çingiz Qurbanov böyük vətənpərvərlik, rəşadətlik göstərib”.
Prezident İlham Əliyev deyib ki, mənfur düşmən bu dəfə də öz qeyri-insani sifətini bütün dünyaya göstərib: "Bir aydan çox müddət Çingiz Qurbanovun nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti Çingiz Qurbanovun nəşinin qaytarılması üçün çox böyük səylər göstərib. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmayıb. Biz birgə səylərlə Çingiz Qurbanovun nəşini vətənə qaytarmağa nail olduq. Bakıda təntənəli vida mərasimi keçirilib, daha sonra doğulduğu Qusar rayonuna aparılıb və orada da təntənəli mərasimdən sonra dəfn edilib. Fürsətdən istifadə edərək Qusar rayon sakinlərinə hörmətimi bir daha ifadə edirəm. Qusarlılar Çingiz Qurbanov kimi qəhrəman övladı Azərbaycana bəxş edib”.
Dövlət başçısı qeyd edib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi: "Çünki keçən ili aprel ayında Ermənistan Silahlı Qüvvələri silahlı təxribat törətməyə cəhd etmişdilər. Ancaq onlar özləri bu təxribat nəticəsində peşman olublar. Azərbaycan ordusu onlara elə zərbə vurmuşdu ki, bu günə qədər özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələnib. Generallar paqonlarını, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürür. Azərbaycan ordusu, dövləti işğal edilmiş torpaqların bir hissəsini işğaldan azad edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol