Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb
16:28 12.12.2016
Arxiv
751
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb.
Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
Səfər proqramı dekabrın 12-də Ümumilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümumilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Basın Yayın və İnformasiya Genel Müdirliyində nümayəndə heyətinin qurumun başqanı Mehmet Akarca ilə görüşü keçirilib.
Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov Azərbaycan-Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü Türk İşbirligi və Koordinasiya Agentliyində (TİKA) baştutub.
TİKA başqanı Sərdar Çam nümayəndə heyəti ilə görüşdə rəhbərlik etdiyi qurumun dünyada gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. KİVDF-nin icraçı direktoru V.Səfərli Fondun TİKA ilə əməkdalığı və gələcək perspektivlər barədə fikirlərini bölüşüb
Səfər proqramı davam edir.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, "Mediainfo.az” İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər. Səfər proqramı dekabrın 16-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi