Azərbaycan Radiosunda Bədii Şura yaradılıb
08:47 17.09.2019
Arxiv
457
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Şuranın tərkibinə AzTV – nin sədr müavini Rəşad Nəsirov, “Mədəniyyət” kanalı Proqram direktorunun müavini İlham Rəhimli, diktor Eldost Bayramov, “Uşaq verilişləri” redaksiyasının baş redaktoru Ələmdar Quluzadə, “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Əlizanlı, “Səhər” redaksiyasının baş redaktor müavini Qorxmaz Şıxalıyev, “Xəbərlər” redaksiyasının baş redaktor müavini Rövşən Ramazanlı daxildir.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.
Qeyd edk ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə