Rasim Musabəyov:"Bu mənada şimal qonşumuzdan forpostu olan Ermənistanı ağla gətirməsi üçün səylərini artırmasını gözləyə bilərik"
Hiss olunur ki, Paşinyan hakimiyyəti Ermənistanda uzunmüddətli hakimiyyət olacaq. Belə olan halda tərəf müqabili kimi, bizim erməni baş nazirlə dialoq aparımağımız qaçılmazdır".
Bunu "Sherg.az"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Rusiya və Azərbaycan prezidentləri arasında etimada əsaslanan münasibətlər yaranıb" iddiasını şərh edərkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib.
O qeyd edib ki, məhz ona görə də, Prezident İlham Əliyev Düşənbədə Paşinyanla ayaqüstü də olsa, danışıb:

"Moskva -Bakı münasibətlərinə gəlincə, bu münasibətləri təkcə Ermənistana bağlamaq düzgün deyil. Bəli, Rusiya ilə Azərbaycan arasında etimadın yaranması çox müsbət haldır. Bu mənada şimal qonşumuzdan forpostu olan Ermənistanı ağıla gətirməsi üçün səylərini artırmasını gözləyə bilərik. Amma bunun baş verib, verməyəcəyini və ya nə vaxt baş verəcəyini demək çətindir. Bunları proseslərin gedişi göstərəcək. Hər bir halda Azərbaycan Rusiya ilə yaxşı münasibəti inkişaf etdirməkdə maraqlıdır. Və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindədyik".
Azərbaycanın Rusiyanın layihələrindən olan Avrasiya İttifaqına qatılmasına dair iddialara cavab verən deputat qeyd edib ki, Azərbaycanın qarşısına belə bir məsələ qoyulmayıb:
"Bu məsələ Azərbaycanın gündəliyində yoxdur. Nə Avrasiya İttifaqı, nə də KTMT -ya üzvlük Azərbaycanın aktual siyasi gündəliyində var".
Qeyd edək ki, D.Peskov Rusiya və Azərbaycan prezidentlərinin görüşünə dair yekunların olduqca müsbət olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, mRusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir. D.Peskov deyib ki, iki ölkə arasında çoxşaxəli münasibətlər var: "Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz. Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”
Ayyət Əhməd