Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri bir araya gəlir




İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, görüşdə ikitərəfli və üçtərəfli məsələlər, eyni zamanda cari məsələlər müzakirə olunacaq.
E. Özoral onu da bildirib ki, iyulun 18-19-u tarixlərində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının başçılarının da görüşü keçiriləcək.