Azərbaycan Türkiyədə hərbi təlimlərdə iştirak edəcək




Azərbaycan Hərbi Hava Qüvvətləri (HHQ) Türkiyədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Trend-in məlumatına görə, təlimlər "Anadolu Ankası - 2019” adı altında keçiriləcək.

Azərbaycanla yanaşı, Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya HHQ-lərinin də qatılacağı hərbi təlimlər bu il mayın 13-24 tarixlərində Konyada baş tutacaqək.

Hərbi təlimlərdə adıçəkilən ölkələrdən ümumilikdə 100 hərbçi iştirak edəcək.