Azərbaycan ümid edir ki...
15:06 05.12.2013
Arxiv
2199
Elmar Məmmədyarov: "Yaxın vaxtlarda ATƏT-in münaqişələrin həlli və silahlara nəzarət üzrə səyləri uğurlu olacaq"
"Qəti şəkildə inanırıq ki, münaqişə zonasının hərbsizləşdirilməsi bütün mümkün istiqamətlər üzrə daha çox təmas üçün imkan verəcək. Bu tərəflər, eləcə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hər iki icması arasında daha çox etimad yaradacaq və regiondakı gərginlik ilə bərabər hərbi ritorikanı da azaldacaqdır.” XİN-nin mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə bunu, Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
E.Məmədyarov bildirib ki, Azərbaycan ümid edir ki, yaxın vaxtlarda ATƏT-in münaqişələrin həlli və silahlara nəzarət üzrə səyləri uğurlu olacağına ümid edir. XİN-in rəhbəri Elmar Məmmədyarov həmçinin hərtərəfli sülh razılaşması hər bir addımın növbəti addıma yol açacağını da bildirib: "Buraya qoşunların Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması, əhaliyə təhlükəsizlik zəmanətinin verilməsi, sərhədlərin, eləcə də kommunikasiyaların yenidən açılması və erməni və azərbaycanlı icmalarının bir-birinə tədricən daha da yaxınlaşdırılması ilə müşayiət olunan bütün müqabil etimad və təhlükəsizlik quruculuğu tədbirləri daxil olacaq”.
E.Məmmədyarov bildirib: "Biz əminik ki, 1975-ci ildən Helsinki prinsiplərinə dialoq və hörmət ATƏT-in işi üçün imperativdir. Azərbaycan ümid edir ki, ATƏT-in İsveçrə və Serbiyadan olan gələcək sədrlərinə təklif edilmiş yol xəritəsi həlli yubanan münaqişələrin nizamlanması və silahlanmaya nəzarət kimi problemli məsələlərin əksəriyyəti üzrə irəliləyişə nail olmağa imkan verəcək. E.Məmmədyarov deyib ki, ATƏT məkanında mövcud münaqişələrin həllinə və siyasi dialoqa nail olmadan regional sabitlik əldə etmək utopiyadır.
Nazirin sözlərinə görə, Azərbaycan inanır ki, ATƏT Minsk qrupu həmsədri olan ölkələrin prezidentlərinin 2009-cu ildə və digər vaxtlarda verdikləri bəyanatlarda əks olunduğu kimi, baza prinsipləri danışıqların və sülh prosesinin əsası ola bilər.
E.Məmmədyarov bildirib ki, ATƏT məkanındakı digər ərazi mübahisələri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində də real addımların atılması üçün siyasi iradə lazımdır. XİN rəhbəri qeyd edib ki, Azərbaycan ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası, geniş və müxtəlif üzvlüyü olan platformaya malik regional təhlükəsizlik imkanlarından yararlanmağa böyük üstünlük verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya