Azərbaycan və Kuba xərçəng dərmanı istehsal edəcək? - İZAH




"Kuba səfiri Alfredo Nieves Portuondonun "Xərçəng dərmanını Azərbaycanla birlikdə istehsal edək" təklifi müsbət dəyərləndirilməli və buna investisiya yatırılmalıdır”.

Bu Sözləri Sherg.az-a iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib. 

O bildirib ki, Kuba layihədə öz texnologiyasını verə bilər, lakin ölkəmiz bunu həyata keçirmək üçün kompleks tikməli, müəyyən öhdəliklər götürülməlidir:

"Bu hazırda lazımlı layihədir, amma gerçəkləşməsində investisiya yatırılmasını hansı dövlət üzərinə götürəcək? Bax, bu barədə fikir ayrılığı yarana bilər. Ümumiyyətlə, isə belə bir layihə həyata keçirilsə, gələcəkdə böyük pullar gətirə bilər. Biz həmin layihəni dəstəkləməliyik”.

Qeyd edək ki, Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo apa.az-a müsahibəsində xərçəng xəstəliyinin dərmanının ölkəmizlə birlikdə hazırlanması haqqında maraqlı təklif irəli sürüb.

 Ayyət