"Azərbaycan XİN-nin geniş şərh bildirməsi vacibdir”- Sabiq XİN başçısı
16:44 26.10.2017
Arxiv
1147
Tofiq Zülfüqarov:"2 gün əvvəl daha bir əsgərimiz şəhid oldu. Razılaşmanın əldə edilməsi fonunda ermənilərin cəbhə xəttində təxribat törətməsi anlaşılan deyil. Şübhə yaranır ki, Rusiya hansı razılaşmadan danışır"
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra razılıq ələd olunubsa, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi şəkildə məlumat verməlidir”.
Bunu "Sherg.az”a Rusiya XİN rəsmisi Maria Zaxarovanın "Bakı və İrəvanı razılaşdırılmamış məsələlərin düyününün açılmasına konstruktiv yanaşmağa çağırırıq" iddiasını dəyərləndirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
O bildirib ki, görüşdən sonra razılaşmalar olubsa, indi diplomatik gərginliyin artması ziddiyətlidir:
"Cəbhədə də vəziyyət gərgin olaraq qalır. 2 gün əvvəl daha bir əsgərimiz şəhid oldu. Razılaşmanın əldə edilməsi fonunda ermənilərin cəbhə xəttində təxribat törətməsi anlaşılan deyil. Buna görə, şübhələr yaranır ki, Rusiya hansı razılaşmadan danışır ?
Bütün bu məsələlər ətrafında Azərbaycan XİN-nin geniş şərh bildirməsi vacibdir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışladığını bəyan edib. Qurum sözcüsü əlavə edib ki, Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya