Azərbaycan yazıçıları İran prezidentinə müraciət etdi - Qələm dostlarının azadlığı üçün




Bir qrup Azərbaycan yazıçısı İranda həbs olunan azərbaycanlı şair və yazıçıların müdafiəsi üçün bu ölkə Prezidenti Həsən Ruhaniyə məktubla müraciət edib. 

Məktubda deyilir:

Möhtərəm cənab prezident, Dr. Həsən Ruhani!

Yenidən İran islam respublikasının prezidenti vəzifəsinə seçildiyiniz üçün sizi ürəkdən təbrik edirik. Sizin başçılığınız altında İran milləti üçün əmin-əmanlıq, siyasi-iqtisadi inkişaf və regionda sülh və qardaşlığın artacağına inanırıq.

İndi isə, zati-alilinizin vaxtını almadan, öz müraciətimizi bildirmək istəyrik.

İran İslam Respublikasının ərazisində yaşayan Azərbaycan Türkləri ilə bizim dil, məzhəb və soy birliyimiz var. Qardaşlıq, qandaşlıq və soydaşlığımız əsasında İran və Azərbaycan Respublikasının siyasi-iqtisadi əlaqələri çox üstün səviyyədə və strateji xarakter daşıyır. Biz qonşu dövlət və qoşu millət olmaqla bərabər, ortaq dil, mədəniyyət və inanc daşıyıcılarıyıq.

Bu mədəniyyət bağlarını gücləndirmək və yenidən bərpa etmək üçün ölkələrimiz arasında elmi, ədəbi, siyasi vә iqtisadi əlaqələrin günü-gündən artacağına ümid edirik.

Dil, mədəniyyət və sivilizasiyanın ən böyük qazanc və uğurlarından biridir. "Dil varlığın evidir" həm də.

İran İslam Respublikası tarixində zati-aliniz tərəfindən ilk dəfə olaraq Azərbaycan Türkcəsi Dil Qurumunun təsis ediləcəyi haqda söz verilmişdi. Buna görə, sizin Azərbaycan Türkcəsi dilinə verdiyiniz önəm vә göstәrdiyiniz diqqәt təqdir və alqışa layiqdir. Ancaq, tәәssüflә, bu günә qәdәr bu qurum, hәlә ki, yaradılmayıbdır.

Bildiyiniz kimi, hal-hazırda bir çox dildaş və soydaşlarımız İran Azərbaycanlılarının Ana Dillərinin məktəblərdə rəsmi şəkildə tədris hüququnu müdafiə etdikləri üçün uzun müddətli həbslərə məruz qalıbdılar.

Bunlardan biri, yazıçı vә şair Siyamək Mirzayidir. O, 2016-ci ilin july 14-dən etibarən Tehranın Evin dustağında saxlanılır. Təəssüflə, ona, 10 il zindan və 2 il Xorasan əyalətinin Təbəs şəhərində sürgün hәyatı yaşayacağı haqda cəza verilib. Ancaq, hələlik, bu hökm qətiləşməyibdir.

Möhtərəm prezident, zati-aliləri!

Siyamək Mirzayi bu ədalətsiz cəzaya öz etirazını bildirmək üçün 13 gündür ki, aclıq aksiyasına başlayıbdır (2017- ci ilin July 18-dən)

Onun həyat yoldaşı, ailəsi və yazıçı-şair dostları qorxu və iztirab içindədilər. Siyamək Mirzayi bəyin canı və sağlamlığı təhlükə altındadır. Cənab prezident, ölkənizin yazıçısını qorumağa çalışın, lütfən. Siyamək Mirzayiyə aclıq aksiyasını dayandırması üçün yardım edin, lütfən.

Biz, Azərbaycan Respublikasının azad və müstəqil yazıçı, şair, tərcüməçi, jurnalist, filosof və ziyalıları olaraq, sizdən, Siyamək Mirzayi bəyin azadlığa buraxılmasını xahiş edirik. Sizin İranda demokratiya, azadlıq və insan haqqları uğrunda apardığınız reformları yüksəsk səviyyədə qiymətləndirir və dəstəkləyirik.

Sizin siyasi-iqtisadi və ictimai sahələrdə iran dövləti və milləti üçün etdiyiniz reformlar həm də region dövlətləri və milətlərini sevindirir.

Umuruq, hüquqşünas bir prezidentin başçılıq ediyi dövlətdə Siyamək Mirzayi bəyə qarşı kəsilən ağır və ədalətsiz qərar ləğv ediləcəkdir.

Dərin hörmət və sevgi ilə.

Məktubu imzalayanlar; Azərbaycan Respublikasının yazıçı, şair, jurnalist, tərcüməçi, filosof və ziyalıları

1- Aqşin Yenisey (Türkiyә)
2- Züleyxa NaEl Şirinova (Azәrbaycan)
3- Aqşin Evrәn (Azәrbaycan)
4- Araz Gündüz (Rusiya)
5- Niyazi Mehdi (Azәrbaycan)
6- Zümrüd Yağmur (Azәrbaycan)
7- Vahid Qazi (Sveç)
8- Jalә İsmayıl (Polşa)
9- Rәşad Mәcid (Azәrbaycan)
10- Bilal Alarlı (Azәrbaycan)
11- Eldәniz Quliye (Azәrbaycan)
12- Sultan Mirzәli (Rusiya)
13- Әşrәf Hüseynli (Azәrbaycan)
14- Әliş Әvәz (Rusiya)
15- Zahir Әzәmәt (Azәrbaycan)
16- Mübariz Örәn (Azәrbaycan)
17- Seyfәddin Altaylı (Türkiyә)
18- Namiq Hüseynova (Azәrbaycan)
19- Şәhriyar Delgerani (Azәrbaycan)
20- Vәfa Naqı (Türkiyә)
21- Azad Qaradәrәli (Azәrbaycan)
22- Yeganә Hacıyeva (Azәrbaycan)
23- Alov İnanna Eyvazova (Almaniya)
24- Natiq Adilov (Azәrbaycan)
25- Dilqәm Әhmәd (Azәrbaycan)
26- Nәrmin Kamal (Azәrbaycan)
27- Ağalar Qut (Almaniya)
28- Yasәmәn Qaraqoyunlu (Azәrbaycan)
29- Emin Aslan (Azәrbaycan)
30- Murad Köhnәqala (Azәrbaycan)
31- Çingiz Hüseynov (Azәrbaycan)