Azərbaycana ən çox bu ölkələrdən turist gəlib
12:30 16.09.2019
Arxiv
551
Ötən ay Azərbaycana 361 min əcnəbi qonaq gəlib.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən rəqəm ötən ilin avqustuna nisbətən 42 min və ya 13.2% artıb:
"Səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub.
Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20% artım deməkdir.
Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb".
Qeyd edilib ki, Səudiyyə Ərəbistanından gələnlərin sayı 18.3% artaraq 22.6 minə çatıb:
"2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou