Azərbaycanda 14 yaşında ərə verilən qızın SEVGİ DRAMI
06:38 27.10.2017
Arxiv
504
Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş vermiş dəhşətli ailə faciəsinin detalları məlum olub. Lent.az xəbər verir ki, qardaşı sevdiyi oğlanı öldürəndən bir həftə sonra canına qıyan 21 yaşlı Xəlilova Ayşən Azər qızının daha əvvəl bir dəfə ailəli olduğu məlum olub. Hələ 14 yaşında ailə quran Ayşənin bu uğursuz izdivacdan 2 azyaşlı oğlan övladı varmış. Gənc qadın övladları ilə birgə ata evinə qayıdıbmış. Daha sonra onun eyni küçədə yaşayan 28 yaşlı Tural Məmmədovla münasibəti yaranıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, Tural Məmmədov tərbiyəli gənc kimi tanınıb. Ayşən Xəlilova barəsində də xoşagəlməz fikir olmayıb. Lakin qızın 17 yaşlı qardaşı Həsrət Xəlilov onların münasibətindən xəbər tutandan sonra qəti etirazını bildirib və evdə dava-dalaş salıb. Daha sonra o, Turalı bıçaqlayaraq öldürüb.
Bu günlərdə Ayşən Xəlilova qardaşı tərəfindən öldürülən Turalın məzarı başında özünü öldürmək istəyib. Lakin buna imkan verilməyib və onu ata evinə gətiriblər. Daha sonra evdə nəzarətsiz qalan 21 yaşlı Ayşən özünü asaraq intihar edib.
Ayşən Xəlilova bu gün dəfn ediləcək. Onun qardaşı tərəfindən qətlə yetirilən Turalgildə isə bu gün yeddi mərasimidir.
Qeyd edək ki, oktyabrın 20-də Zəyəm qəsəbəsində 28 yaşlı Tural Məmmədov həmkəndlisi, 17 yaşlı Həsrət Xəlilov tərəfindən bıçaqlanaraq öldürülüb. Oktyabrın 26-da Həsrətin isə T.Məmmədovla sevgi münasibətində olan bacısı Ayşən özünü asaraq intihar edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya