"Azərbaycanda çoxsaylı sosial layihələr həyata keçirilir"- İmkanlar artır
16:46 19.10.2018
Arxiv
460
"Bu, beynəlxalq təşkilatlar tərəfindən verilən ilk hesabat deyil. Azərbaycan sosial dövlətdir və büdcənin 1/3-i sosial sahələrə ayrılır”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçının sözlərinə görə, Azərbaycanda həm dövlət, həm də qeyri-dövlət fondları tərəfindən çoxsaylı sosial layihələr həyata keçirilir ki, bu da əhalinin yaşayış imkanlarını yüksəldir:
"Əhalinin aztəminatlı hissəsinə sosial yardımların, iş qurmaq üçün müvafiq vəsaitlərin, hətta bəzi imtiyazlı təbəqələrə pulsuz mənzillərin verilməsi halı çox az ölkədə var.
Respublikamız əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı sahəsində dünyada ilk yerlərdən birini tutur. Ən ucqar kəndlərə belə fasiləsiz elektrik verilir ki, buna da heç də bütün ölkələrdə nail olunmayıb. Son illərdə aparılmış iqtisadi islahatlar, ölkəmizdə biznesin rəqabətqabiliyyətini artırıb. Korrupsiyaya qarşı mübarizə güclənib. Bürokratiya aradan qaldırılır. Nəticə özünü qeyri-neft ÜDM-in, dövlət büdcəsinin, ixracın artımında büruzə verir”.
E.Bayramlı bəyan edib ki, dünyada iqtisadi böhran müşahidə olunduğu, qonşu ölkələrdə davamlı inflyasiya prosesinin getdiyi, milli valyutaların ucuzlaşdığı, işsizliyin və sosial vəziyyətin ağırlaşdığı bir situasiyada belə uğurlara nail olmaq çox müsbət haldır:
"Lakin cənab Prezidentin dediyi kimi, hələ görüləsi çox işlər var. Sahibkarlara maneə yaradanlar cəzalandırılmalıdır. Gömrük sistemində neqativ hallar tam aradan qaldırılmalı, bəzi sahələrdə müşahidə olunan monopoliyanın qarşısı alınmalı, sənədləşmə bürokratiyası ləğv edilməlidir. İslahatlar davam edir. Tezliklə ölkəmizin daha yüksək yerlərdə olacağına şübhə etmirəm”.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz