Azərbaycanda “Gözdən əlillər üçün səsli kitabxana” yaradılıb
05:58 28.11.2016
Arxiv
476
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tərəfindən "Gözdən əlillər üçün səsli kitabxana” (GƏSK) yaradılır.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, artıq 100-dən artıq kitab peşəkar səviyyədə səsləndirilərək kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsi ilə (1 541) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək.
Bu cür xüsusi kateqoriyalı oxucular üçün hər gün adi kitabxanalara getmək çətindir. Lakin hər hansı bir audio kitabı, görmə qabiliyyəti məhdud olan oxucu dinləyə bilər.
Elə bu məqsədlə, fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audio kitablarla təmin etmək üçün kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audiokitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini Azərbaycan dilində və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir.
Təqdim olunan audio-kitabxananın unikallığı ondan ibarətdir ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün Azərbaycan dilində "danışan" kitab fondu formalaşacaq.
İstifadəçilər giriş kodu əldə edərək, evdən çıxmadan, müvafiq telefon nömrəsini yığmaqla, yeni sistemə qoşula biləcək.
Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən dinləməyə davam etmək mümkündür.
Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.
Qeyd edək ki, "Bakutel-2016” informasiya-kommunikasiya texnologiyaları sərgi-konfransı çərçivəsində kitabxananın ilkin təqdimatı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
Sumqayıtda növbəti səyyar qəbul keçirilib
15:57 09.10.2026
Cəmiyyət
Rza Pəhləvi: İran çökür
15:30 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya