Fransada tələbə etirazlarının 20-dən çox iştirakçısı həbs olunub

Fransada bu gün tələbə etiraz aksiyası çərçivəsindəki saxlanılmalardan sonra 21 nəfər ilkin həbsə alınıb.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

"Həbslə bağlı 21 qərar çıxarılıb, onlardan 15-i yetkinlik yaşına çatanlar, 6-s isə yetkinlik yaşına çatmayanlar barəsindədir", - qurumdan bildirilib.

Ümumilikdə, tələbə etirazları zamanı saxlanıldıqdan sonra 1 547 nəfər polisə gətirilib, onlardan 1 239-u yetkinlik yaşına çatmayanlardır.

Bundan əlavə, 189 yetkinlik yaşına çatan və 1 708 yetkinlik yaşına çatmayan şəxsə qarşı cinayət təqibi əvəzinə alternativ tədbirlər tətbiq edilib - sınaq müddəti ilə xəbərdarlıq, zərərin ödənilməsi tədbirləri, müəyyən yerlərə getməyə qadağalar, həmçinin ödənişsiz ictimai işlər.

Ədliyyə Nazirliyinin məlumatına görə, yuxarı şagirdlərin etiraz aksiyaları başlayandan bəri saxlanılanların 86 %-ni yetkinlik yaşına çatmayanlar təşkil edir (saxlanılan 6 877 nəfərdən 5 890-ı yeniyetmədir). 2 376 nəfər barəsində cinayət təqibi başlanılıb, onlardan 1 923-ü yetkinlik yaşına çatmayanlardır, yəni saxlanılan hər üç nəfərdən biri yeniyetmədir.