Azərbaycanda inflyasiya azalır
08:23 11.05.2018
Arxiv
657
İqtisadçı Dünya Bankının hesabatına şübhə etmir
Dünya Bankı Azərbaycanda 2018-2020-ci illər üçün inflyasiya ilə bağlı proqnozunu açıqlayıb. Dünya Bankının "Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında qeyd olunub ki, bu il Azərbaycanda inflyasiya 6,4 faiz təşkil edəcək.
"2019-cu ildə Azərbaycanda qiymət artımı 4,2 faiz, 2020-ci ildə isə 3,9 faiz olacaq”, - deyə hesabatda vurğulanıb.
İqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında Dünya Bankının Azərbaycanda inflyasiyanın azalması haqqında hesabatına münasibət bildirib.
Onun sözlərinə görə, son on ildə inflyasiya ilə bağlı verilən proqnozların heç biri düz çıxmayıb: "Bu barədə istər Azərbaycan Mərkəzi Bankının, istərsə də bununla məşğul olan qurumların verdikləri proqnozlar olsun, sonda doğru olmayıb. Dünya Bankının Reytinq komissiyasının müəyyən etdiyi bu proqnozun isə əsası var. Bu məlumat reallığı əks etdirə bilər. Biz bunun üçün bazar münasibətlərində şəffaflığı və ardıcıllığı pozmamalıyıq.
Verilən sərəncamları, qanunları vaxtında yerinə yetirib, onları hərəkətə gətirsək, şübəsiz ki, bu proqnoz həyata keçirilə bilər. Az miqyasda xətalar istisna olmaqla, bu statistik göstəricilər reallığa oxşayır.
Çünki bizim bunu həyata keçirməyə gücümüz var. Ölkəmizin zəngin təbii ehtiyatlarını səmərəli şəkildə istifadə etsək, bu rəqəmləri gerçəkləşdirə bilərik. İqtisadçı kimi onu deyə bilərəm ki, son on ildə bu cür verilən proqnozların heç biri sonda düz gəlməyib. Bəzən bir rəqəmli inflyasiyadan danışdığımız halda iki rəqəmli inflyasiya ilə üz-üzə qalmışıq.
Bütün bu hallar nisbətən insanda şübhə yaradır. Amma verilən proqnoza hörmətlə yanaşmalıyıq. Hər halda bu sahənin tədqiqatçıları verilən proqnozun üzərində işləyib. Görünür onlar hansısa mövcud faktlara əsaslanaraq bu inflyasiya göstəricilərini açıqlayıblar. Ümid edək ki, bu statistik göstəricilər düz çıxsın”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya