Azərbaycanda polis rəisini bıçaqlayan şəxs İnterpol xətti ilə axtarışa verilib
13:00 09.03.2016
Arxiv
736
Azərbaycanda polis rəisini bıçaqlayan şəxs beynəlxalq axtarışa verilib. APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı Xəyal Qəhrəmanov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, X. Qəhrəmanov Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyevi bıçaqlamaqda təqsirləndirilən dəstənin üzvüdür. 2015-ci ildə bir qrup şəxs polis rəisi Anar Şıxəliyev idarə etdiyi "Mercedes Galenvagen” markalı avtomobilə hücum edib. Beysbol çubuqları ilə maşını əzən şəxslər polis rəisinə bir bıçaq zərbəsi endirərək hadisə yerini tərk ediblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisə iştirakçıları - Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanov tutulub. Hazırda tutulan həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir neçə gün əvvəl keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Ələkbər Qəhrəmanovun 11 il, Ceyhun Niftəliyevin 8 il, Anar Əliyevin və Nurlan Həsənovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə