"Azərbaycanda rus bölməsinə marağın artması problemlər yarada bilər" - Deputatdan SOS
15:02 02.03.2018
Arxiv
3347
Fərəc Quliyev:"Ölkəmizdə reklamların rusca verilməsi, ünsiyyətin rusca qurulması, xüsusi dairələrdə rusca danışılması, məmurların rus dilinə üstünlük verməsi dilimizə sayğısızlıqdır"
"Azərbaycanlıların övladlarını rus sektoruna qoyması zahirən sadə məsələ kimi görünsə də, dərinlikdə ciddi problemlər yaradır”.
Bu barədə "Sherg.az”a əksər valideynlərin təkidlə övladını rus sektorunda oxutmağa çalışmasından danışarkən millət vəkili Fərəc Quliyev bildirib.
O xatırladıb ki, Rusiyada Azərbaycan məktəbləri yox dərəcəsindədir:
"Rusiyada azərbaycanlılar üçün bazar günü məktəbləri varsa, bizdə də ruslar üçün belə məktəblər yaradıla bilər. Rusdillilər öz danışıq dillərini qorumaq üçün orada təhsil ala bilər.
Dünyanın hər yerində dil mühüm məsələdir. Qazaxıstanda rus dilinin rəsmi dil kimi istifadəsinə qadağa qoyuldu. Ölkəmizdə reklamların rusca verilməsi, ünsiyyətin rusca qurulması, xüsusi dairələrdə rusca danışılması, məmurların rus dilinə üstünlük verməsi dilimizə sayğısızlıqdır.
Xarici dillərin öyrənilməsinin əleyhinə olmamalıyıq. Gənclərimiz nə qədər çox xarici dil bilsə, o qədər yaxşıdır. Amma öz dilimizi arxaya atmamalıyıq. Bu tendensiyanı aradan qaldırmaq vacibdir. Rus dili, ingilis dili və s. şəkildə təmayüllü məktəblər ola bilər. Kütləvi şəkildə insanların Azərbaycan dilində təhsil alması üçün addımlar atılmalıdır. Elektron KİV-lər, televiziyalar işləməlidir. Dövlət proqramı olmalıdır ki, dilimizi sevdirmək üçün müddəalar ortaya qoyulsun. Elə imkanlar yaradılmalıdır ki, insanlar Azərbaycan dilli məktəblərdən başqa məktəblərə meyl etməsinlər”.
Qeyd edək ki, şagirdlərin 1-ci sinifə başlamasından indiyə qədər Təhsil Nazirliyi (TN) və Bakı şəhər Təhsil İdarəsi (BŞTİ) qarşısında çoxsaylı valideynə rast gəlinir. Həmin valideynlər övladlarının rus bölməsindən istəyənlərdir. Məsələnin narahatlıq doğuran tərəfi isə odur ki, artıq rus bölmələri olan orta məktəblərdə bütün yerlər dolub. TN və BŞTİ isə məlum hlı rus bölməsinə marağın artması ilə izah edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət