Azərbaycanda tələbə adı qazananların sayı 11,6 faiz artıb - RƏSMİ
09:31 07.09.2017
Arxiv
506
2017-2018-ci tədris ilində tələbə qəbulu zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin (200 baldan artıq bal toplayanlar) sayında 11.3 faiz artım qeydə alınıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev APA-ya açıqlamasında bildirib ki, son dörd ildə ali təhsil müəssisələri tərəfindən qəbul yerlərinin proqnoz rəqəminin təqribən 14.6 faizə qədər artmasına, ərizə verənlərin sayının isə 15 faizə qədər azalmasına baxmayaraq, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35790 nəfər (50.6) faiz təşkil edib. Onun sözlərinə görə, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır.
Y. Piriyev qeyd edib ki, 2017-2018-ci tədris ilində tələbə statusunu 37624 abituriyent qazanıb və 2014-2015-ci ilə nisbətən faktiki qəbul 11.6 faiz artıb: "Bununla yanaşı, keyfiyyət göstəricisində də artım müşahidə olunur. Son 4 ildə 300 baldan çox toplayanların 15.8 faizi, 400 baldan çox toplayanların sayı 18.8 faiz, 500 baldan çox toplayanların sayı 27.6 faiz, 600 baldan çox toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunur. I qrup üzrə 200-dən artıq bal toplayanların sayı ötən illə müqayisədə 6.6 faiz, II qrup üzrə 4.6 faiz, III qrup üzrə isə 7.8 faiz, IV qrup üzrə 10.9 faiz təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 15 nəfər abituriyent 700 bal toplayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq