Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.

Teleqraf xəbər verir ki, mübarizə saat 12:30-da başlayıb.

Daha sonra saat 14:15-də Formula 2 üzrə əsas yarış keçiriləcək.

Günün son əsas sessiyası isə saat 16:00-da Formula 1 üzrə sıralama turu olacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.