- “Bakı xarici siyasətini kənar qiymətləndirmələrə görə formalaşdırmır”
Qarabağa səfər etmiş xarici diplomatlar Ermənistan mediası və radikal siyasi dairələri tərəfindən ciddi şəkildə hədəfə alınır. Azərbaycanda akkreditə olunmuş 58 ölkə və 9 beynəlxalq təşkilatdan olan təxminən 150 xarici diplomatın 11-12 sentyabr tarixlərində Qarabağ və Şərqi Zəngəzura, o cümlədən Şuşa, Xankəndi, Gəncəsər və Xudavəng monastırlarına təşkil edilən kütləvi səfərnii Ermənistan mediası və bir sıra siyası dairələrinin boğazında ilişib qalıb, nə udquna bilirər, nə də həzm edə. Səfərdə iştirak edən diplomatlar Ermənistan informasiya məkanında adbaad hədəfə götürülür, tənqid edilir. 
Ermənistanın “qəzəbi”nə tuş gələnlər arasında Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Magdalena Grononu və bəzi Qərb ölkələrinin qadın səfirləri də var. Tarixi saxtalaşdırmaqda mahir olanlar xarici diplomatları “tarixin saxtalaşdırmağa şərik olmaqda”ıttiham edir. Burda deyiblər, adımı sənə qoyum.... amma bizi yana-yana qoya bilmirlər, çünki Azərbaycan torpaqlarını işğaldan azad etdi, ədaləti də bərpa etdi, suverenliyini də hazırkı sərhədləri daxilində təsdiq etdi. Bu qara-qışqırıq məğlubların isterikasıdır, sadəcə.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Prezidenti İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, “‘Diplomats of Shame’ başlığı diplomatik fəaliyyətin obyektiv qiymətləndirilməsi deyil, siyasi etiketləmədir. Diplomatiyada mövqelər toqquşa, dövlətlərin yanaşmaları fərqlənə bilər, lakin xarici diplomatların kollektiv şəkildə hədəfə alınması nə beynəlxalq dialoqa, nə də peşəkar diplomatik etikaya xidmət edir:
- Xarici diplomatlar məhz Azərbaycanın suveren ərazilərinə səfər ediblər və bu beynəlxalq hüquq prinsiplərinə uyğun diplomatik davranıșdır.Bu səfər Azərbaycan və Ermənistan arasında sülh qoruculuğuna xələl gətirəcək səbəb ola bilməz.Ermənilərin sosial platformalarda qondarma "Artsax" ritorikası altında aktivləșməsi də diqqətdə saxlanılmalıdır. Azərbaycanın mövqeyinin əsas üstünlüyü ondan ibarətdir ki, Bakı öz xarici siyasətini kənardan verilən siyasi qiymətləndirmələrə deyil, milli maraqlara, suverenliyə, regional əməkdaşlığa və dialoqa əsaslandırdığını açıq şəkildə bəyan edir. Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlamalarında da məhz bu xətt - müstəqil xarici siyasət, regional məsuliyyət və tərəfdaşlıq - ardıcıl şəkildə ifadə olunur.