"Azərbaycanda yol göstərmək üçün turistdən pul istəyiblər" - AÇIQLAMA
12:01 24.07.2018
Arxiv
616
"Bəzi insanlar var ki, turistlərə qarşı narazılığı ümumiləşdirib qabardırlar. Dövlət Turizm Agentliyi sosial şəbəkələr və KİV vasitəsi ilə maarifləndirmə işi aparmağı planlaşdırır. Təcrübə belədir ki, turizmi inkişaf etdirmək istəyən ölkələrdə hər bir vətəndaş bu sahənin faktiki iştirakçısı olur”.
Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.
O bildirib ki, bəzi vətəndaşlarda yeni gələn turistlərə qarşı qeyri-adi və emosional yanaşma olur: "Təbii ki, postsovet məkanından və qərb ölkələrindən gələn insanlara bizim vətəndaşlar çoxdan öyrəşib. Azərbaycan turizm qapılarını geniş açdıqca, digər müxtəlif mədəniyyətlərə mənsub insanlar da səfərə gəlirlər. Problem ondandır ki, bir insan Azərbaycanda qeyri-adi hərəkət edəndə, onu bütün kütləyə şamil edirlər. Bu, qətiyyən yolverilməzdir. Körfəz ölkəsinin - məsələn, Qətərin, Küveytin vətəndaşı oteldə natəmizlik edir. Bizim sosial şəbəkə istifadəçiləri bunu paylaşırlar ki, ərəblər bu cür hərəkət etdilər. Amma eyni münasibət bizə qarşı da olsa, xoş qarşılanmaz. Bir azərbaycanlı Rusiyada hansısa hərəkəti edir və bu, bizim hamımıza şamil edilir. Əlbəttə, etiraz edirik. Yəni bu, həmin adamın şəxsi səhvidir. Biz tolerantlıq və multikulturalizm dəyərlərinə görə dünya üçün nümunə olan xalqıq. Ona görə də ərəblərə, Körfəz ölkələrindən gələn turistlərə cəm şəkildə irad bildirmək doğru deyil”.
K. Quluzadə qeyd edib ki, bu sahədə maarifləndirmə işi aparılmalıdır, xidmət səviyyəsində də bu nəzərə alınmalıdır: "Bəzən xidmət sahəsində insanları milliyyətinə görə fərqləndirirlər. Məsələn, restoranda masaya yemək aparanda ofisiant deyir, bunu rusların, bunu ərəblərin stoluna apar. Bu, qətiyyən yolverilməzdir. Masanın nömrəsi ilə deyilməlidir. Yəni milli, irqi ayrı-seçkilik etmək, bir neqativ halı kütləyə şamil etmək bizim xalqımızın qonaqpərvərliyinə, gülərüzlüyünə yaraşmır. Mən demirəm ki, hamı belə edir. Yox, amma bu cür hallar var”.
K. Quluzadə əlavə edib ki, ölkəsini turizm mərkəzi kimi görmək istəyən vətəndaş özgəlik göstərməməlidir: "Yol göstərmək, gülümsəmək, xidmət etmək təkcə dövlət qurumlarının, o cümlədən Dövlət Turizm Agentliyinin işi deyil. Bu, hamının işidir. Turizm elə bir sahədir ki, hər gələn qonağa 10-30 nəfər xidmət edir. Və xidmət göstərməyi hamı bacarmalıdır. Amma elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər. Düzdür, bunlar fraqmental hadisələrdir, amma olmaması yaxşıdır. Əsas məqsəd odur ki, biz turisti məmnun salaq. Bir nəfər neqativ hərəkət edəndə, həmin ölkənin illərlə reklamı aparılsa da, konkret detal turistdə ölkə haqqında mənfi imic formalaşdırır. Ona görə də hamı buna həssas münasibət bəsləməlidir. Bu gün bir turistlə yüksək münasibət göstəririksə, gələn il məhz o insanın hesabına on turist qazana bilərik. Fürsətçil olmaq düzgün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol