Azərbaycandakı hotellərə ulduzlar Avropa standartları ilə veriləcək
11:53 09.01.2019
Arxiv
575
Azərbaycanda hotellərin ulduz alması prosesi könüllüdür, onun məcburi olması hazırda gündəmdə deyil.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.
K.Quluzadənin sözlərinə görə, hotellərin təsnifatlaşdırılması prosesi könüllü olsa da, ulduz almaq günün tələbi olacaq:
"Ulduzu olmayan bir hotelin müştərisi də az olacaq. Turist hoteldən yer sifariş edəndə ulduza fikir verir”.
Şöbə rəhbəri qeyd edib ki, Azərbaycanda bu gün hotellərə ulduzların verilməsini şərtləndirən mexanizm yoxdur. Ona görə də Azərbaycan Hotellər Assosiasiyası yaradılıb və bu prosesin həyata keçirilməsi həmin qurum tərəfindən reallaşdırılacaq.
K.Quluzadə qeyd edib ki, Dövlət Turizm Agentliyi hotellərin təsnifatlaşdırılması prosesində tərəf kimi iştirak etməyəcək. Agentlik bu prosesə yalnız dəstək verəcək: "Agentlik olaraq, biz bu sistemin ictimai qurum tərəfindən həyata keçirilməsini istəyirik. Azərbaycan Hotellər Assosiasiyası Avropa Hotellər Assosiasiyasının üzvü olacaq. Təsnifatlaşdırmanı da avropalı mütəxəssislər aparacaqlar ki, heç kimin tərəfkeşliyə şübhəsi qalmasın. Proses şəffaf olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm