“Azərbaycanfilm" kinostudiyasında yeni direktor
07:14 18.09.2019
Arxiv
513
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru və Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrinə yeni təyinatlar olub.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrləri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə, Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunmuşlar.
Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou