"Azərbaycanla İtaliya arasındakı əməkdaşlıq çox mühümdür" - Hikmət Babaoğlu
14:17 18.07.2018
Arxiv
647
"İtaliya prezidentinin Azərbaycana səfəri çox mühüm səfərdir və iki dövlət arasında əlaqələrin daha da güclənməsinə təkan verəcəkdir”.
Bu barədə "Sherg.az”a millət vəkili Hikmət Babaoğlu söyləyib.
O qeyd edib ki, İtaliya həm iqtisadi, siyasi üstünlüklərə malikdir, həm də Avropa siyasətinin istiqamətlərini müəyyənləşdirə biləcək aparıcı dövlətdir:
"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyduğu vaxtda, təşkilatın üzvü olan İtaliya ilə münasibətlərimizin ikitərəfli inkişafı da olduqca, vacib hadisədir.
İtaliya eyni zamanda iqtisadi, modern texnologiyalar, yüksək sənaye baxımından da Avropanın lokomativi, inkişaf etmiş ölkələrdən biridir. Ona görə, Azərbaycan-İtaliya arasında əməkdaşlıq həm iqtisadi, həm də siyasi kontekstdə ölkəmizin maraqları baxımdan mühüm məsələdir. İtaliyanın müasir, modern texnologiyalara malik olması, qeyri-neft sektorunun müxtəlif istiqamətlərinin yaradılması bu təcrübənin Azərbaycanda tətbiqinə də imkan yaradır.
Bu baxımdan Sumqayıtda açılan zavod nümunə ola bilər. Azərbaycan kimya və kimya sənayesi məhsulları ilə zəngin ölkədir. Bu məhsulların yeni texnologiyalar əsasında realizə olunması, ixracat potensialı yüksək olan zavodun istehsal etdiyi məhsulların dünya bazarına çıxarılması həm ölkəmizdə məşğulluğun artmasına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.
İtaliya Avropa siyasətini müəyyənləşdirən böyük beşliyə daxil olan ölkələrdəndir. Ona görə, İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması həm Azərbaycanın beynəlxalq nüfuzu, həm də dövlətimizin beynəlxalq ictimaiyyətdə rolunun möhkəmlənməsi baxımından önəmlidir”.
Qeyd edək ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Prezident İlham Əliyev arasında görüş keçirib. Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm