Qabil Hüseynli: “Viza rejiminin ləğv edilməməsində İran faktoru ciddi rol oynayır”
Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv oluna bilər
19:29 10.05.2016
Arxiv
701
Elxan Şahinoğlu: “Türkiyəli diplomatlar da bu məsələnin uzanmasından beziblər”
Qabil Hüseynli: “Viza rejiminin ləğv edilməməsində İran faktoru ciddi rol oynayır”
Qabil Hüseynli: “Viza rejiminin ləğv edilməməsində İran faktoru ciddi rol oynayır”
Milli Məclisin iclasında Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi ilə bağlı məsələ qaldırılıb. Deputat Siyavuş Novruzov qardaş Türkiyə ilə viza rejiminin ləğvini təklif edib və hazırkı durumda bunun vacib məsələ olduğunu diqqətə çatdırıb.
Cəbhədəki son hadisələr zamanı Türkiyənin Azərbaycana dəstək verdiyini xatırladan S.Novruzov vurğulayıb ki, indiki şəraitdə viza rejiminin ləğv olunması və ya müddətinin uzadılması vacib amillərdəndir: "Ümummilli liderimizin qeyd etdiyi kimi, biz Türkiyə ilə "bir millət, iki dövlətik”. Belə sistemin indiki şəraitdə ləğv olunması və ya müddətinin uzadılması vacib amillərdəndir. Xüsusilə, Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm. Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdular ki, 3 aydan bir sərhədi keçsinlər. Onların qazandıqları yol puluna gedir”. Spiker Oqtay Əsədov isə bildirib ki, hazırda bu istiqamətdə iş gedir. Məsələni şərh edən politoloq Elxan Şahinoğlu oxşar tələbi illərdir səsləndirdiyini deyib: "Azərbaycan Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi viza rejimini ləğv etməlidir. Kənardan baxan düşünür ki, bunlar necə hərbi-strateji müttəfiqdirlər ki, illərdir viza məsələsini həll edə bilmirlər. Artıq hakim Yeni Azərbaycan Partiyasının aparıcı simalarından biri, deputat Siyavuş Novruzov da bu məsələ ilə bağlı ciddi narazılığını ifadə edib. Hətta spiker Oqtay Əsədov bununla bağlı iş getdiyini bəyan edib. Əslində bu istiqamətdə heç bir "iş” getmir. 5 il bundan əvvəl vəziyyət necə idisə, indi də elədir. Söhbət etdiyim türkiyəli diplomatlar da bu məsələnin uzanmasından beziblər, viza probleminin uzadılmasına məntiqi cavab tapa bilmirlər”. Ekspertin sözlərinə görə, bu məsələdə Rusiya faktoru var: "Uzun illərin arayışından sonra cavabım belədir ki, bu işi süni surətdə uzadanlar Rusiyanın buradakı xidmətçiləridir. Onlar hər vasitə ilə Azərbaycan-Türkiyə strateji ittifaqını pozmağa çalışır və bununla Rusiyanın, eləcə də Ermənistanın maraqlarına xidmət etmiş olurlar”.
Siyasi ekspert Qabil Hüseynli isə hesab edir ki, Türkiyə ilə viza rejiminin ləğv edilməməsində İran faktoru ciddi rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etsə, o zaman İran da vizanın ləğvini tələb edəcək. Bu isə Azərbaycana sərf etmir: "Azərbaycan tərəfi qaçaqmalçılığın və qaçaq işçiliyin artacağı və bu vəziyyətin iqtisadiyyata mənfi təsir edəcəyini düşünərək İranda yaşayan 25 milyona yaxın azərbaycanlının ölkəmizə vizasız girməsini istəmir. İranla aparılan danışıqlar zamanı Azərbaycan rəsmiləri MDB ölkələri xaric olmaqla heç bir ölkə ilə viza rejiminin ləğv edilmədiyini deyirlər. Məhz bu səbəbdən Azərbaycan hökuməti Türkiyə vətəndaşları üçün vizanı ləğv edə bilmir”. Azərbaycan tərəfinin Naxçıvanla viza rejimini ləğv etməsinə gəlincə, Q.Hüseynli bunun vacib məsələ olduğunu deyib: "Naxçıvanın blokadada olmasını əsas gətirərək vizanı ləğv edə bilərik. Hazırda bu məsələ ilə bağlı işlər aparılır. Çox güman ki, Azərbaycanda vəziyyət stabilləşəndən sonra Türkiyə ilə vizasız gediş-gəliş tətbiq olunacaq”. Məlumat üçün deyək ki, mövcud qaydalara görə, Azərbaycana gəlmək istəyən Türkiyə vətəndaşları viza almaq məcburiyyətindədirlər. Onlara verilən vizanın müddəti isə 60 gündür.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm