Azərbaycanla ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub
08:55 03.06.2021
Arxiv
559
İyunun 3-də xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib. COVID-19 ilə mübarizədə Azərbaycan tərəfindən ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə ölkəmizin göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər qeyd olunub. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunan yüksək səviyyəli görüşlərinin keçirildiyi, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırıldığı diqqətə çatdırılıb. Ölkəmizin, həmçinin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bu xüsusda, səsimizin beynəlxalq müstəvidə ucaldıldığı vurğulanıb.
Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat təqdim edib. O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.
Nazir Ceyhun Bayramov, səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edərək, regional direktorun bölgəmizə səfərinə önəm verdiyimizi bildirib. Nazir, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq fəaliyyəti və gələcək planlarla bağlı həmsöhbətinə məlumat verib və bərpa layihələrində ÜST və BMT-nin digər qurumlarının iştirakının mümkünlüyünü qeyd edib.
Görüş zamanı tərəflər, habelə Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region