Azərbaycanlı milyarder 700 milyon dollar itirdi
07:48 02.09.2017
Arxiv
657
2017-ci ilin 8 ayı ərzində rusiyalı 28 milyarderin məcmu sərvəti 17,099 mlrd. dollar artıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) sisteminin təqdim etdiyi məlumatlardan məlum olub.
Məlumata əsasən, Rusiya Federasiyasının ən zəngin şəxsi olan "Severstal" şirkətinin əsas səhmdarı Aleksey Mordaçovun sərvəti ilin əvvəlindən 1,49 mlrd. dollar artaraq 18,4 mlrd. dollara çatıb.
İkinci yerdə qərarlaşan "Norilsk nikeli"nin prezidenti Vladimir Potanin sərvəti hesabat dövründə 905 mln. artıb. Hazırda Potaninin sərvəti 17,5 mlrd. dollardır.
NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin üçüncü yerdə qərarlaşıb. Onun sərvəti yanvar-avqust ayları ərzində 3,47 mlrd. dollar artaraq 16,6 mlrd. dollar təşkil edib. Maraqlıdır ki, təkcə avqust ayı ərzində Lisinin sərvəti 1,6 mlrd. dollar artıb.
"Renova" şirkətlər qrupunun Direktorlar Şurasının sədri və əsas səhmdarı Biktor Vekselberq ilin əvvəlindən sərvətini 1,41 mlrd. dollar artırıb və 15,6 mlrd. dollarlıq göstərici ilə Rusiyanın dördüncü ən varlı şəxsinə çevrilib.
"Novatek" şirkətinin rəhbəri Leonid Mixelsonun kapitalı bu il 2 mlrd. dollar azalsa da, o, ilk beşlikdəki yerini qorumağı bacarıb. Hazırda onun sərvəti 15,3 mlrd. dollar təşkil edir.
Altıncı yerdə qərarlaşan "Alfa Group" konsorsiumunun əsas səhmdarı Mixail Fridman 1,32 mlrd. dollar varlanaraq sərvətini 14,6 mlrd. dollara çatdırıb.
"USM Holdings" şirkətlər qrupunun təsisçisi Alişer Usmanovun sərvəti isə 14,4 mlrd. dollardır. Beləliklə, Usmanov bu il kapitalını 1,47 mlrd. dollar artırmağa müvəffəq olub.
Növbəti, yəni yeddinci pillədə isə "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov qərarlaşıb. Həmyerlimiz bu il 693 mln. dollar itirib. Hazırda onun sərvəti 11,3 mlrd. dollara bərabərdir.
Analoji məbləğdə sərvətə Mixail Proxorov da malikdir. Ələkbərovdan fərqli olaraq Proxorov ilin əvvəlindən 470 mln. varlanıb.
"Volga Group"un sahibi Gennadi Timçenkonun kapitalı isə 1,9 mlrd. dollar azalaraq 9,57 mlrd. dollara çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm