Azərbaycanlı qız türkiyəli sevgilisini deşik-deşik elədi - TƏFƏRRÜAT
08:29 02.12.2017
Arxiv
510
Türkiyənin Konya şəhərində 27 yaşlı Azərbaycan vətəndaşı Aysel E. birgə yaşadığı 34 yaşlı Ümid Gökeri küçənin ortasında 50 metr qovaladıqdan sonra bıçaqlayaraq öldürüb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu səs-küylü cinayət ötən gün qeydə alınıb.
Əvvəlcə azərbaycanlı qadın 9 aylıq körpəsinin vəziyyətinin pisləşdiyini görərək, onu yaşadığı kişi ilə birlikdə xəstəxanaya çatdırıb. Xəstəxanada həkimlər körpədə boğulma əlamətləri aşkar edib və anasına bildirib ki, uşaqda boğulma nəticəsində beyinə oksigen getməyib, nəticədə kritik vəziyyətə düşüb.
Bundan sonra Aysel küçəyə çıxaraq, avtomobildə Ümid Gökerlə mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadın çantasından bıçağı çıxararaq onu vurmaq istəyib. Ümid Gökür bunu görərək, maşından düşüb və qaçmağa başlayıb. Lakin qadın onu 50 metrə yaxın qovaladıqdan sonra yaxalayıb və bıçaqla 7 zərbə endirib. Göker aldığı xəsarətlərdən ölüb. Polis qısa vaxt ərzində azərbaycanlı qadını saxlayıb. Qadın jurnalistlərin "niyə öldürdün?” sualına cavab olaraq deyib ki, sevgilisi onun körpəsinin ağzına yastıq basaraq öldürməyə çalışıb: "Həkimlər dedilər ki, uşaq boğulub, nəticədə beyninə oksigen getməyib. Bu səbəbdən öldürdüm, peşimanam”.
Bildirilir ki, Aysel bundan əvvəl evli olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq, Ümid Gökerlə birgə yaşamağa başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya