Azercell-in dəstəyi ilə “Barama Regional Sahibkarlıq Konfransı" baş tutub
18:25 26.12.2018
Arxiv
458
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, həmçinin uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Gənc startapçılara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell və PAŞA Bankın sponsorluğuAzərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixində "Barama Regional Sahibkarlıq Konfransı"nı həyata keçirib. Konfransın təşkil olunmasında məqsəd - uğur qazanmış peşəkarlara öz bilik, bacarıq və təcrübələrini tələbələrlə paylaşmaq imkanı yaratmaq, gələcəkdə biznes sahəsi üzrə mütəxəssis olmağı planlaşdıran gənclərə maraqlı və faydalı məlumatlar ötürməkdən ibarət olub. Konfransda İmran Bağırov, Fədai Əfəndiyev, Tural Abbasov, Məmməd Kərimov və Fərrux Rəhimov məruzəçi qismində iştirak ediblər. Məruzələr "Müasir təhsil texnologiyaları və onların tətbiqi”, "4-cü texnoloji inqilab və innovasiyalar”, "Startap inkişafının 5 mərhələsi”, "Biznes üçün investisiya almağın yolları”, "Gələcək üçün bu gün nə etməli?”, "Özünə inam və motivasiya”, "Aqrar sahədə innovativ həllərin tətbiqində aqroparkların rolu” və digər mövzuları əhatə edib.
Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara yardım etmək məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi də fəaliyyət göstərir. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək olmaq, startap mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq və Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm