Bakı avtovağzalının yaxınlığında AĞIR QƏZA




Bu gün Bakının Yasamal rayonu ərazisində - Bakı-Sumqayıt yolunun Moskva prospektinə birləşdiyi yerdə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerindəki müxbiri xəbər verir ki, şəhərin mərkəzinə gələn hissədə "Mercedes" və "Ford" markalı iki avtomobil toqquşub. Zərbənin gücündən "Ford" yolun ortasındakı beton arakəsmənin üstünə çıxıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Həmin hadisədən bir neçə dəqiqə sonra isə "Şamaxinka" adlanan ərazidə iki "Mercedes" toqquşub.
Hər iki faktla bağlı araşdırma aparılır.