Bakı-Batumi avtomobil yolunun istifadəyə veriləcəyi TARİX açıqlanıb




2021-ci ildə beynəlxalq standartlara cavab verən müasir Bakı-Batumi avtomobil yolu istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun genişləndirilməsi layihəsi də 2021-ci ildə başa çatacaq.

Bundan başqa, Gürcüstan Tbilisi-Azərbaycan dövlət sərhədi yolunun tikintisini başa çatdıracaq.