Bakı Bulvarı bağlanacaq
13:10 27.04.2016
Arxiv
1007
Bakı Bulvarının bir hissəsi iyunun 17-19-da Avropa Qran-Prisinə bileti olmayanlar üçün bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, Dənizkənarı bulvarda Azneft meydanından Dəniz vağzalına qədər olan hissədə "Formula-1" şəhərciyi olacaq, bileti olmayan isə əraziyə buraxılmayacaq.
Nigar Arpadarai bildirib ki, bilet almayanlar "Formula-1" şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə tanınmış dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışını izləyə bilməyəcəklər.
"Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran-Prisinə bilet alanlar iştirak edə biləcəklər".
Onun sözlərinə görə, bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər:
"Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Məqsədimiz Avropa Qran-Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir".
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oxu.Az-a bildirb ki, idarənin əməkdaşlarına bulvara sərbəst daxil olmaq üçün xüsusi buraxılış veriləcək. (oxu.az)
Qeyd edək ki, "Formula-1" Avropa Qran Prisi iyunun 17-19-da Bakıda keçiriləcək. "Formula-1" şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual