Bakı küçələrini zibilləyən elan kağızları...
08:41 11.05.2018
Arxiv
577
Bunun qarşısını maarifçiliklə almaq lazımdır
Bakı küçələri müxtəlif iş elanları və ətir reklamı olan kağız tullantıları ilə doludur.
Metro çıxışlarında dayanan gənclər gəlib-gedənlərə müxtəlif broşüralar paylayır. Bu kağızların heç kəsin diqqətini çəkmədiyini paytaxdakı natəmizlikdən görə bilərik. İnsanların kağızı götürməsi ilə yerə atmaqları bir olur. Əgər bu kağızlar heçkəsə maraqlı deyilsə, niyə onu normal insan kimi zibil qutusuna yox, məhz küçəyə atırlar?..
Əslində müasir dövrdə zibillə davranmaq özü bir mədəniyyətdir. Ölkə haqqında təəssürat onun hava limanı, dəmir yolu, avtomobil yolları, tualetlərin və şəhərdəki zibilxanaların vəziyyəti əsasında formalaşır. Nəzərə alsaq ki, son illər ölkəmiz əsas turizm məkanlarından biridir. Bakıya gələn əcnəbilər geri döndükdən sonra şəhərimiz haqqında təəssüratlarını bölüşəndə mütləq sadaladıqlarımız barədə danışırlar.
Paytaxtın zibillik problemini aradan qaldırmaq üçün ilk olaraq insanların zibillərlə davranışı düzəlməlidir. Nəzərə almaq lazımdır ki, küçəyə atılan zibil, dönüb-dolaşıb öz evimizə qayıdır.
Bir çoxlarının demək olar hər gün istifadə etdiyi nəm salfetlər artıq İngiltərədə qadağan ediləcək. Buna səbəb həmin salfetlərin çölə atıldıqdan sonra torpağa qarışmaması və torpağa ziyan vurmasıdır.
2020-ci ildən həmçinin plastik butulkalarda su satışına da qadağa qoyulacaq. Təbiətə ziyanlı digər maddələr də var ki, onların da gündəlik istifadəsinə məhdudiyyətlər qoyulması tez-tez gündəmə gətirilib.
İngiltərədə məişət tullantılarına səbəb olan məhsulların istifadəsi ilə bağlı qadağanı müsbət qiymətləndirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə bildirib ki, ölkəmizdə də buna bənzər təşəbbüslər var:
"Azərbaycanda əvvəlki illərə nisbətən ekologiyanın qorunması ilə bağlı müvafiq işlər görülməkdədir. Məsələn, Tibb Universitetində xüsusi qutular qoyulub ki, kağızlar kənara atılmasın və həmin kağızlar təkrar emal üçün yığılır. İngilitərə nəm salfetlərin qadağası ilə gələcəkdə həm şəhərin təmizliyini, həm də ekologiyanı qoruyur. Bunun özü xüsusi bir mədəniyyətdir və biz də hər zaman belə təşəbbüsləri dəstəkləyirik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou