
Bakı Mühəndislik Universitetinin tələbələri yenə qalib oldular
15:14 03.04.2019
Arxiv
619
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində həyata keçirilən "Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihənin Bakı Konqres Mərkəzində final mərhələsi keçirilib.Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində final mərhələsindən öncə universitetlər üzrə seçim turları keçirilir və nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanır.
Olimpiada ümumilikdə 11 universitetin 400-dən çox tələbəsini əhatə edib. Final mərhələsində isə 45 nəfər tələbə iştirak edib. Beləliklə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan Mühasibat Uçotu üzrə suallara əsasən keçirilən olimpadada 1-ci yerə BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Əfsanə Mustafayeva, 2-ci yerə BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Maliyyə ixtisası ixtisası üzrə III kurs tələbəsi Nail Qasımzadə, 3-ü yerə BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə III kurs tələbəsi Ramin Cəfərov layiq görülüblər. Onlara diplom və hədiyyələr təqdim olunub. Digər iştirakçılara isə sertifikatlar və həvəsləndirici hədiyyələr verilib. Həmçinin iştirakçıların gələcəkdə iş yerləri ilə təmin olunması da nəzərdə tutulub.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi