Bakı-Quba yolunda nənə və nəvəsi maşının altında qaldı - YENİLƏNİB






Daxili İşlər Nazirliyi Bakı-Quba yolunda avtomobilin nənə və nəvənin vurması ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 13-də saat 21 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Elvin Bəkirov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Güldərən Qasımovanı və nəvəsi Ülkər Almaszadəni vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, G. Qasımova orada ölüb.
****
14 avqust
Bakı-Quba magistral yolunda ağır qəza baş verib. Lent.az-ın məlumatına görə, yolun 25-ci kilometrliyində, Sumqayıtın Ceyranbatan qəsəbəsi ərazisində "Mercedes" markalı, 06 BE 902 dövlət qeydiyyat nişanlı minik avtomobili nənə və azyaşlı nəvəsini vurub. Ağır xəsarət alan 62 yaşlı qadın xəstəxanada ölüb. 11 yaşlı qızın vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.