Bakı-Sumqayıt yolunda "Prado" ağır qəza törətdi: ölən var




Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, yolun 11-ci kilometrliyində - Abşeron rayonu ərazisində "Toyota Prado" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Bu zaman yük avtomobilinin arxasında dayanmış 1991-ci il təvəllüdlü Faiq Bədəlov arxaya hərəkət edən nəqliyyat vasitəsinin altında qalıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.