"Bakı-Tbilisi-Qars Azərbaycanın regionda siyasi çəkisinin artmasına xidmət etdi"
11:19 31.10.2017
Arxiv
515
"Bu, regional anlamda, Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artmasına kifayət qədər töhfə verəcək layihədir"
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əsas donoru və idarəedicisi Azərbaycan oldu. Bu, ölkəmizin regionda siyasi çəkisinin artmasına xidmət etdi”.
Bunu "Sherg.az”a BTQ-nin iqtisadi - siyasi əhəmiyyətindən danışarkən iqtisadçı - ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu, həm region ölkələri ilə daha sıx əməkdaşlığa, həm də Azərbaycanın Şərq-Qərb dəhlizində mühüm halqaya çevrilməsində mühüm rolu olacaq:
"BTQ-nin iqtisadi səmərəsinə gəldikdə isə təbii ki, ilk illərdə daha çox yük cəlb etmək üçün çalışmaq lazım olacaq. Bununla alternativ marşrutlardan zaman etibarı ilə daha sürətli keçid təmin ediləcək. Nəticədə daha yaxşı tarif siyasəti yürüdülməsinə ehtiyac var. Bunun üçün Azərbaycan, Gürcüstan və Türkiyə artıq danışıqlar aparır. Əgər razılaşma olacaqsa, bu, doğru qərar kimi dəyərləndirilməlidir. Çünki vahid tarif sistemi olsa, daşımaları həyata keçirən iş adamları üçün daha rahat hala gələ bilər.
İlkin mərhələdə isə BTQ region ölkələrinin yükdaşımalarında böyük rol oynayacaq. Türkiyə ilə Azərbaycan arasında avtomobil yolu ilə kifayət qədər böyük həcmdə yük dövriyyəsi, ticarət əlaqələri var. Dəmir yolunun istifadəsi ilə avtomobil yük daşımalarının böyük hissəsi dəmir yolu ilə daşınaraq, mal və xidmətlərin maddi dəyərini aşağı salacaq. Nəticədə Türkiyə məhsullarının Azərbaycanda daha ucuz olmasına, yerli məhsulların isə daha rahat şəkildə Türkiyəyə daşınmasına səbəb olacaq. Bu, regional anlamda, Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artmasına kifayət qədər töhfə verəcək layihədir.
Beynəlxalq aləmdə isə rəqiblərdən üstün olmaq üçün, daha çevik, sürətli keçid və daha cəlbedici tarif siyasəti aparsaq ildə 5-7 milyon ton yükün Şərqdən-Avropaya və əksinə daşınması mümkündür.
Bu isə ölkə büdcəsinə əlavə dividentlər gətirəcək. Amma qeyd etməliyik ki, layihənin ilk illərdə böyük gəlir gətirəcəyini düşünmək düzgün olmaz. Bu orta və uzun müddətli layihədir. Bir necə ildən sonra BTQ-nin gəlirliyi önə çıxa bilər”.
Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya