“Bakı-Tbilisi-Qars”ın mənfəəti çox böyükdür
20:44 26.10.2017
Arxiv
1006
"Dəmir yolu xəttinin keçdiyi bölgələr də iqtisadi inkişaf dövrünü yaşayacaqlar”"Bakı-Tbilisi-Qars” dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını xeyli gücləndirəcək”. Bu fikri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, həm də İpək yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına təkan verəcək irimiqyaslı layihədir.
Diplomat vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunda Qazaxıstanın 10 teplovozu istifadə ediləcək: "2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək. BTQ dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarını hazırlamağa başlamışıq. Həmin qatar Rumıniyaya çatdırılması nəzərdə tutulan kömürlə yüklənəcək”. İqtisadçılar noyabrın sonlarında istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivini yüksək dəyərləndiriblər. Ekspertlərə görə, dəmir yolu xətti tək region üçün deyil, Avropa və Asiya üçün ən mühüm layihələrdən biridir. Bu marşrut ölkələri təkcə iqtisadi cəhətdən deyil, digər sahələrdə də biri-birinə bağlayacaq. Dəmir yolu xəttinin Azərbaycan üçün böyük iqtisadi səmərə verəcəyi iddia edilir.
Layihə barədə "Şərq”ə danışan iqtisadçı-ekspert Fuad İbrahimov dəmir yolu xəttinin istifadəsindən sonra ölkəmizin yüksək gəlir əldə edəcəyini deyib.
Ekspert bildirib ki, dəmir yolu xətti nəzərdə tutulduğu vaxtda yekunlaşmasa da, yaxın günlərdə tam həcmdə istifadəyə veriləcək:
"Layihə siyasi və iqtisadi cəhətdən çox əlverişlidir. Çünki bu xətt Çin və Avropanı birləşdirən qədim "İpək Yol”unun üzərində yerləşir. Geostrateji baxımdan layihənin alternativi yoxdur. Xüsusən, şimal qonşumuz Rusiyanın həyata keçirdiyi siyasəti nəzərə alsaq, marşrutun önəmi daha yaxşı bəlli olar. Məlumdur ki, Rusiya həm Qərblə, həm də bir çox qonşuları ilə normal münasibət saxlamır. Bu da imkan verir ki, Şərqlə Qərbin iqtisadi əlaqəsində Azərbaycan mühüm rol oynasın”.
F.İbrahimovun sözlərinə görə, müstəqillik dövründə Azərbaycan iki böyük layihə reallaşdırıb. Birincisi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, ikincisi isə Bakı-Tbilisi-Ərzurum qaz kəməridir:
"Xatırlayırsızsa, bu layihələr gündəmə gələndə bəzi qonşu dövlətlər və qərəzli siyasətçilər rişxənd etdilər. Demək olar ki, əksəriyyət layihələrin nə vaxtsa başa çatacağına inanmırdılar. Ancaq ortaya qoyulan qətiyyətli siyasi iradə mühüm layihələrin həyata keçirilməsini reallaşdırdı.
İndinin özündə belə Azərbaycan dövləti sözügedən kəmərlərdən yüksək mənfəət götürür. Əminəm ki, BTQ dəmir yolunun istifadəsindən sonra gəlirimiz daha da yüksələcək. Həmçinin, dəmir yolu xəttinin keçdiyi bölgələr də iqtisadi inkişaf dövrünü yaşayacaqlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya