Bakı və Şəki Apellyasiya Məhkəmələrinə sədrlər təyin olunub






Azərbaycan prezidenti İlham Əliyev Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.