Bakıda 22 yaşlı oğlanı niyə öldürdülər? - TƏFƏRRÜAT
11:22 28.11.2017
Arxiv
569
Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürdüyü ortaya çıxıb.
İlkin araşdırmalardan sonra məlum olub ki, hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Təxminən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.
Zaur Qasımov hadisədən bir neçə saat sonra tutulub və törətdiyi əməli etiraf edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə