Bakıda 4 maşın toqquşub, xəsarət alan var
23:52 26.05.2014
Arxiv
355
Bakının Nəsimi rayonunda 4 maşının toqquşması ilə nəticələnən qəza baş verib.
APA-nn məlumatına görə, qəza A.Puşkin və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.
İşıqforun qırmızı işığında hərəkətini davam etdirən "Ford"markalı idman maşını "Hyundai" ilə toqquşub. Zərbənin gücündən "Ford" bir-neçə dəfə dövrə vuraraq yaxınlıqda hərəkətsiz halda dayanan "Renault" və "Mercedes"ə çırpılıb.
Nəticədə "Ford"un sürücüsü baş nahiyəsindən xəsarət alıb. Avtomobillərə isə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Ford"un sürücüsünün sürət həddini aşması və işıqforun qırmızı işığında keçməsi səbəb olub. O hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya